Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun alimi ABŞ-ın “Beynəlxalq iqtisadiyyat, maliyyə və idarəetmə elmləri jurnalı”nın rəyçisi seçilib

  • Oxunub 514 dəfə

 AMEA İqtisadiyyat İnstitutunun “Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər” şöbəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Təbriz Yadigarov xarici jurnallarda dərc etdirdiyi məqalələrə əsasən ABŞ-ın Elm Nəşriyyat Qrupunun (Science Publishing Grop) təşəbbüsü ilə “Beynəlxalq iqtisadiyyat, maliyyə və idarəetmə elmləri jurnalı”nda (International Journal Economics, Finance and Management) rəyçi kimi tanınaraq, 2024-cü ilədək jurnalın rəyçisi sertifikatı verilmişdir.

 ABŞ-ın Elm Nəşriyyat Qrupunun “Beynəlxalq iqtisadiyyat, maliyyə və idarəetmə elmləri jurnalı”açıq girişli və beynəlxalq səviyyədə tanınan reytinqli akademik nəşrdir. Elmi məqalələrin bu jurnalda çap edilməsi üçün ikiqat anonim rəydən istifadə edilir. Bu jurnalla bərabər dünya üzrə beynəlxalq səviyyədə tanınan 5734 indeksli nəşrlərdə, o cümlədən 347 Web of Science və 285 Scopus bazasına daxil olan jurnallarda elmi məqalələrin çap edilməsi üçün qrupun sertifikatlaşdırılmış rəyçilərinin ikiqat anonim rəyindən istifadə olunur.

 “Beynəlxalq iqtisadiyyat, maliyyə və idarəetmə elmləri jurnalı”aşağıdakı xülasələndirmə və İndeksləmə verilənlər bazalarına daxil edilmişdir: Academickeys, Access to Research for Development and Innovation, CNKI SCHOLAR, CrossRef, Directory of Research Journals Indexing, Eurasian Scientific Journal Index, EZB, JournalSeek, MIAR, Polish Scholarly Bibliography, ResearchBib, Universal Impact Factor, Wissenschaftszentrum Berlin, WorldCat, Zeitschriftendatenbank (economics.com.az).