Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“AMEA-nın xəbərləri. İqtisadiyyat seriyası” jurnalının yeni 2021-4 nömrəsi nəşr olunub

  • Oxunub 311 dəfə

 AMEA-nın İqtisadiyyat İnstitutunun “AMEA-nın xəbərləri. İqtisadiyyat seriyası” elmi jurnalının 2021-ci il üzrə dördüncü nömrəsi oxuculara təqdim olunub. Jurnaldakı bütün elmi məqalələrin elektron variantı İqtisadiyyat İnstitutunun internet saytında – economics.com.az - da yerləşdirilib. Məqalələri saytdan yükləməklə oxumaq mümkündür.

 Jurnalda aktual iqtisadi mövzularda elmi məqalələr dərc olunub. Nəşrdə “Azərbaycan iqtisadiyyatında institutsional tənzimləmənin əsas xüsusiyyətləri”, “İqtisadi antroplogiya: insanın “iqtisadi” obrazı”, “Azərbaycanda inflyasiyanın yaranmasının səbəbləri və onun qiymətləndirilməsi”, “Ərzaq təhlükəsizliyinin təmin edilməsində kənd təsərrüfatı məhsullarının dövlət tədarükü sisteminin rolu”, “Müasir dövrdə qeyri-neft sektorunun ixrac potensialının gücləndirilməsi kontekstində qanunvericilik bazasının təkmilləşdirilməsi”, “Azərbaycanda peşə təhsili sisteminin müasir vəziyyəti və inkişaf perspektivləri”, “Bank-kredit müəssisələrinin fəaliyyətinin təşkili və gücləndirilməsinin nəzəri-metodoloji aspektləri”, “Ölkənin regionlarında bələdiyyə büdcələrinin gəlir və xərclərinin müasir vəziyyəti”, “Pul psixologiyasının insan davranışına təsirinin iqtisadi və psixoloji amilləri”, “Ölkədə qeyri-neft sektorunun innovativ inkişaf mühitinin yaradılması”, “Azərbaycan Respublikasında informasiyalı cəmiyyət quruculuğunun müasir vəziyyəti” və s. mövzularda məqalələr yer alıb.

 Xatırladaq ki, AMEA Rəyasət Heyətinin qərarı ilə 1966-cı ildən nəşr olunan jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin” siyahısına daxildir (economics.com.az).

 “AMEA-nın Xəbərləri İqtisadiyyat seriyası” jurnalının 2021-4 sayı