Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Professor Tərbiz Əliyev Rusiya Təbiət Elmləri Akademiyasının ordeni ilə təltif olunub

  • Oxunub 356 dəfə

 AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru, professor Tərbiz Əliyev Rusiya Təbiət Elmləri Akademiyasının (TEA) və Avropa Elmi-Sənaye Konsorsiumunun təsis etdikləri “Xidmətinə görə” ordeni ilə təltif olunub. Alim bu mükafata dünya elminin inkişafına verdiyi töhfələrə görə layiq görülmüşdür.  

 Qeyd edək ki, prof. T.Əliyev 2017-ci ildə Rusiya TEA-nın həqiqi üzvü, akademik seçilib. Bu barədə qərar bir çox xarici ölkələrdən də alimlərin qatıldığı, 300-dək nümayəndənin iştirakı ilə Moskvada keçirilən Rusiya TEA-nın illik yığıncağında qəbul olunub.

  Sonrakı illərdə Avropa Elmi-Sənaye Konsorsiumu ilə birlikdə Rusiya TEA-nın təsisçiliyi ilə prof. T.Əliyev dünya elminin inkişafına verdiyi töhfələrə görə “Əməkdar elm və təhsil xadimi” və “Əməkdar elm və texnika xadimi”  fəxri adlarına, V.İ.Vernadski adına “Qızıl medal”a və “Əmək və bilik” ordeninə layiq görülüb. O, iqtisadçı-alim kimi həm də Avropa Elmi-Sənaye Konsorsiumu tərəfindən “Adam Smit” qızıl medalı almış ilk azərbaycanlıdır.

  Prof. Tərbiz Əliyevi qeyd olunan mükafata layiq görülməsi münasibətilə AMEA İqtisadiyyat İnstitutunun kollektivi adından ürəkdən təbrik edir, elmi fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.