Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Prof. Nazim Müzəffərli “Kreativ iqtisadiyyat: gələcək naminə innovasiyalar” mövzusunda vebinarda çıxış edib

  • Oxunub 324 dəfə

 Aprelin 26-da Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının təşkilatçılığı ilə “Kreativ iqtisadiyyat: gələcək naminə innovasiyalar” mövzusunda vebinar keçirilib. Tədbir Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr edilib.

 Vebinarda Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov, Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının İdarə Heyətinin sədri Vasif Eyvazzadə cıxış ediblər. Bakı Dövlət Universitetinin Əqli mülkiyyət hüququ kafedrasının müdiri vəzifəsini icra edən, Ombudsman aparatının rəhbəri Aydın Səfixanlı “Gənclərin əqli mülkiyyət sahəsində ixtisaslaşması və onun iqtisadiyyatın inkişafına təsiri”, Əqli Mülkiyyət Agentliyinin Əqli mülkiyyətin təhlili və siyasəti şöbəsinin müdiri Rüstəm Ağayev “Kreativ industriyanın inkişafı” mövzusunda məruzə ediblər.

 Tədbirdə AMEA İqtisadiyyat İnstitutunun baş direktoru, professor Nazim Müzəffərli (İmanov) mövzu ilə bağlı çıxış edib, müzakirə olunan məsələlərə öz münasibətini bildirib. Vebinarda İqtisadiyyat İnstitutunun icraçı direktor vəzifəsini icra edən i.f.d., dos. Allahyar Muradov, şöbə müdiri, i.e.d., dos. Rəsmiyyə Abdullayeva və aparıcı elmi işçi, i.f.d., dos. Pərviz Həsənov da iştirak ediblər.