Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun icraçı direktoru Allahyar Muradov AMEA-nın Fəxri fərmanı ilə təltif edilib

  • Oxunub 746 dəfə

 Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2018-ci il tarixli Sərəncamına əsasən Elmlər Akademiyasının təsis edildiyi 27 mart tarixinin respublikada “Elm günü” olaraq müəyyən olunub. Aprelin 27-də Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında 27 mart - “Elm günü” münasibətilə bir sıra əməkdaşlara AMEA-nın Fəxri fərmanları verilib.

 AMEA İqtisadiyyat İnstitutunun icraçı direktor vəzifəsini icra edən, iqtisad üzrə fəlsəfə doktoru, dosent Allahyar Muradov AMEA-nın Fəxri fərmanı ilə təltif edilib. Ona mükafatı AMEA-nın vitse-prezidenti, akademik Gövhər Baxşəliyeva təqdim edib.  

AMEA İqtisadiyyat İnstitutunun kollektivi adından dos. Allahyar Muradovu qeyd olunan mükafata layiq görülməsi münasibətilə ürəkdən təbrik edir, elmi fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq (economics.com.az).