AMEA İqtisadiyyat İnstitutunun alimləri "Naxçıvan" Universitetinin keçirdiyi beynəlxalq elmi konfransda iştirak ediblər
- Oxunub 356 dəfə
Aprelin 29-da “Naxçıvan" Universitetində "Naxçıvan Muxtar Respublikasında sənayenin diversifikasiyası beynəlxalq iqtisadi inteqrasiya amili kimi" mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Tədbirdə AMEA İqtisadiyyat İnstitutunun baş elmi işçisi, i.e.d. Sevda Mikayılova, aparıcı elmi işçilər - i.f.d. Təbriz Yadigarov və i.f.d., dos. Ələsgər Sarıyev də yaxından iştirak ediblər
"Naxçıvan" Universitetinin rektoru Nurlana Əliyeva qonaqları salamlayıb və konfransın işinə uğurlar arzulayıb. İğdır Universitetinin rektoru, professor Mehmet Hakkı Alma, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin şöbə müdiri Elnur Mahmudov, AMEA İqtisadiyyat İnstitutunun baş elmi işçisi, i.e.d. Sevda Mikayılova, Qazaxıstanın Əhməd Yəsəvi Universitetinin müəllimi, dosent Aktolkin Abubakirova, “Naxçıvan" Universitetinin tədris və tərbiyə işləri üzrə prorektoru, dosent Hüseyn Bağırsoylu müxtəlif mövzularda çıxış ediblər. Qeyd olunub ki, Naxçıvanın yeraltı va yerüstü sərvətlərinin tədqiqi onu deməyə əsas verir ki, burada sənayenin inkişafı müxtəlif istiqamətlər üzrə həyata keçirilə bilər. Burada strateji əhəmiyyətə malik sahələrin inkişaf etdirilməsi aqrar sahəyə paralel olaraq sənayenin inkişafına da təkan verir.
Elmi konfransda müxtəlif mövzular üzrə məruzələr dinlənilib, maraqlı müzakirələr aparılıb. Sonda beynalxalq konfransda fəal iştirak edənlərə, o cümlədən AMEA İqtisadiyyat İnstitutunun əməkdaşlarına – i.e.d. Sevda Mikayılovaya, aparıcı elmi işçilər - i.f.d. Təbriz Yadigarov, i.f.d., dos. Ələsgər Sarıyev, i.f.d., dos. Mahir Zeynalov, i.f.d., dos. Emin Məmmədzadə, i.f.d. Famil Rüstəmova və elmi işçi Əsmər Mənafovaya "Naxçıvan" Universitetinin sertifikatı verilib.