İqtisadiyyat İnstitutunun alimləri Qərbi Kaspi Universitetində keçirilən elmi konfransda iştirak ediblər
- Oxunub 297 dəfə
Mayın 11-də Qərbi Kaspi Universitetində təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “İqtisadi inkişafda qlobal çağırışlar və perspektivlər” mövzusunda respublika elmi-praktik konfrans keçirilib.
Əvvəlcə dahi liderin siyasi fəaliyyətindən bəhs edən qısa metrajlı film təqdim olunub.
Konfransı giriş sözü ilə Qərbi Kaspi Universitetinin professoru Hüseyn Bağırov açıb. Plenar iclasda məruzələr dinlənilib. AMEA-nın İqtisadiyyat İnstitutunun alimləri – baş elmi işçi, AMEA-nın müxbir üzvü, i.e.d., professor Əli Nuriyev, şöbə müdirləri - i.e.d., prof. Müşviq Atakişiyev və i.e.d., prof. Fuad Qənbərov məruzələrlə çıxış ediblər.
Tədbirə AMEA-nın İqtisadiyyat İnstitutunun bir qrup alimləri - professor Gülşən Yüzbaşıyeva, i.e.d. Seyfəddin Səməndərov, dos. Mahir Zeynalov, dos. Emin Məmmədzadə, i.f.d. Mətanət Abdalova, i.f.d. Famil Rüstəmov, böyük elmi işçi Rəsmiyyə Şirinova və digər tədqiqatçılar da qatılıblar.
Daha sonra konfrans işini bölmə iclaslarında davam etdirib, dos. Emin Məmmədzadə, dos. Yunus Sadıqov, elmi işçi Emil Mirzəyev bölmələrdə çıxış ediblər (economics.com.az).