İqtisadiyyat İnstitutunun futbol komandası yarım finala yüksəldi
- Oxunub 475 dəfə
AMEA-nın Azad Həmkarlar İttifaqının (AHİ) və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99 illik yubileyinə həsr edilən Akademiyanın gənc alim və mütəxəssislərinin VII institutlararası futbol çempionatının növbəti oyunları keçirilib.
Çempionatda fəal iştirak edən AMEA İqtisadiyyat İnstitutunun futbol komandası mayın 12-də keçirilən yarımfinal oyunlarında AMEA Radiasiya Problemləri İnstitutunun komandası ilə qarşılaşıb. Maraqlı oyun baş tutub, İqtisadiyyat İnstitutunun komandası rəqibinə böyük hesabla 8:2 qalib gəlib və yarımfinala yüksəlib. Komandamız növbəti oyununa hazırlaşır.
Turnirə AMEA-nın 20 elmi müəssisə və təşkilatından 19 komanda qatılıb. 25 aprel - 25 may tarixlərində keçirilən oyunlar AFFA-nın peşəkar hakimi tərəfindən idarə olunur.
Xatırladaq ki, 2019-cu ildə keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan “AMEA-nın gənc alim və mütəxəssislərinin VI futbol çempionatı”nda AMEA-nın İqtisadiyyat İnstitutunun komandası çempionatın qalibi olub və qızıl medallara layiq görülüb.
AMEA İqtisadiyyat İnstitutunun futbol komandasına bu çempionatda da qalib olmasını arzu edirik! (economics.com.az)