Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun futbol komandası çempion oldu

  • Oxunub 342 dəfə

 Mayın 18-də AMEA-nın Azad Həmkarlar İttifaqının (AHİ) və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr edilən Akademiyanın gənc alim və mütəxəssislərinin VII institutlararası futbol çempionatına yekun vurulub.

 AMEA-nın Rəyasət Heyəti ilə İqtisadiyyat İnstitutunun futbol komandaları final oyununda qızıl medallar uğrunda mübarizə aparıblar və İqtisadiyyat İnstitutu 4-1 hesabı ilə qalib gəlməklə VII institutlararası futbol çempionatının qalibi olub. İnformasiya Texnologiyaları İnstitutu 3-cü, Geologiya və Geofizika İnstitutunun futbol komandası isə 4-cü yeri tutub.

 Mükafatlandırma mərasimində AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, İqtisadiyyat İnstitutunun baş direktoru, prof. Nazim Müzəffərli, AHİ-nin sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elmir Babayev, bir sıra elmi müəssisə və təşkilatların rəhbərləri, Həmkarlar Təşkilatlarının sədrləri və gənc alimlər iştirak ediblər. Qaliblərə medallar verilib.  İqtisadiyyat İnstitutunun komandasına qızıl medallar və kubok təqdim olunub. 

 İqtisadiyyat İnstitutunun kollektivi adından öz əməkdaşlarımızdan ibarət olan komandamızı ürəkdən təbrik edirik!