Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunda ixtisas üzrə doktorluq imtahanları keçirilib

  • Oxunub 595 dəfə

 Mayın 23-də AMEA İqtisadiyyat İnstitutunda doktorant və dissertantların ixtisas fənləri üzrə doktorluq imtahanları keçirilib. İmtahanların gedişini AMEA Rəyasət Heyəti Təhsil şöbəsinin Doktorantura sektorunun müdiri, b.ü.f.d., dosent Tubuxanım Qasımzadə və baş mütəxəssis Sevinc Həsənova izləyib.

 İqtisad elmləri doktoru, professor Müşfiq Atakişiyevin sədrlik etdiyi imtahan komissiyası (professorlar Tofiq Hüseynov, Gülşən Yüzbaşıyeva, Rəna Sultanova və dosent Mahir Zeynalov) tərəfindən şəffaflıq şəraitində, yazılı formada baş tutan imtahanda “Sahə iqtisadiyyatı” ixtisası üzrə 2 nəfər iştirak edib.

 AMEA İqtisadiyyat İnstitutunun Təhsil şöbəsinin müdiri Mirvari Qəzənfərlinin də iştirak etdiyi imtahanların nəticələri komissiyanın qiymətləndirməsi əsasında elan edilib.

Digər ixtisaslar üzrə növbəti imtahanlar mayın 27-də və mayın 31-də keçiriləcək (economics.com.az).