İki ixtisas fənləri üzrə doktorluq imtahanı keçirilib
- Oxunub 396 dəfə
Mayın 31-də AMEA İqtisadiyyat İnstitutunda doktorant və dissertantların ixtisas fənləri üzrə doktorluq imtahanları keçirilib. İmtahanların gedişini AMEA Rəyasət Heyəti Təhsil şöbəsinin Doktorantura sektorunun baş mütəxəssisi Sevinc Əliyeva izləyib.
İqtisad elmləri doktoru, professor Tərbiz Əliyevin sədrlik etdiyi imtahan komissiyası (i.e.d., dos. Rəsmiyyə Abdullayeva, i.e.d., dos. Yaşar Məmmədov, i.f.d., dos. Pərviz Həsənov və i.f.d. Sevda Seyidova) tərəfindən şəffaflıq şəraitində, yazılı formada baş tutan imtahanda “Ümumi iqtisadiyyat” ixtisası üzrə 1, “Ümumi iqtisadi biliklərin əsasları” ixtisası üzrə isə 3 nəfər iştirak edib.
AMEA İqtisadiyyat İnstitutunun Təhsil şöbəsinin müdiri Mirvari Qəzənfərlinin də iştirak etdiyi imtahanların nəticələri komissiyanın qiymətləndirməsi əsasında elan edilib (economics.com.az).