Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Professor Tərbiz Əliyevin 75 yaşı tamam olur

  • Oxunub 350 dəfə

 İyunun 1-də AMEA-nın İqtisadiyyat İnstitutunun “Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri” şöbəsinin müdiri, iqisad elmləri doktoru, professor, Rusiya Təbiət Elmləri Akademiyasının, Ukrayna Texnologiyalar Akademiyasının, Beynəlxalq İnformatizasiya və Eko-energetika Akademiyalarının həqiqi üzvü, “Adam Smit” adına qızıl medalın laureatı Tərbiz Əliyevin 75 yaşı tamam olur.

  Alim yubileyi münasibətilə bu günlərdə işlədiyi doğma kollektivdən, rəhbərlik etdiyi elmi şöbənin əməkdaşlarından, alim dostlarından, tələbələrindən, hətta xarici elmi təşkilatlardan, o cümlədən Rusiya Təbiət Elmləri Akademiyasından çoxsaylı, xoş sözlərlə zəngin, gözəl arzularla dolu təbriklər alıb.   

 AMEA İqtisadiyyat İnstitutunun kollektivi də 75 illik yubileyi münasibəti ilə prof. Tərbiz Əliyevi ürəkdən təbrik edir, ona can sağlığı, zənginliyi və məhsuldarlığı ilə seçilən elmi fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!