İqtisadiyyat İnstitutunda Rəhbər Heyətin mülki müdafiə məşqi keçirilmişdir
- Oxunub 316 dəfə
İyunun 3-də AMEA İqtisadiyyat İnstitutunda “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə (MM) orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin mülki müdafiə məşqi keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan İnstitutun Fövqəladə Hallar Komissiyasının sədri, dos. Allahyar Muradov mülki müdafiyənin əhəmiyyəti, quruluşu, ehtimal olunan fövqəladə hadisələr, idarəetmə və xəbərdarlığın təşkili haqqında məlumat verdi.
İnstitutun Mülki Müdafiə Qərargahının rəisi Vilayət Ramazanov Mülki Müdafiə qüvvələrinin funksional vəzifələrinin icrası barədə danışdı, fövqəladə halların qarşısının alınması sahəsində komissiya üzvlərinin üzərinə düşən vəzifələr barəsində maarifləndirici xarakterli məlumatlar verdi.
Tədbirdə İqtisadiyyat İnstitutunun rəhbər heyəti və əməkdaşlar iştirak edirdilər (economics.com.az)