“Mədəniyyətin iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” konfransına hazırlıq davam edir
- Oxunub 399 dəfə
İyunun 23-də AMEA İqtisadiyyat İnstitutunda Konfransın Təşkilat komitəsinin növbəti iclası keçirilmişdir. Toplantıda təşkilatçı qurumların məsul şəxsləri iştirak etmişdir. Təşkilat komitəsi konfransın formatı və təşkili ilə bağlı çoxsaylı məsələləri müzakirə etmişdir. Konfransın Şuşa şəhərində 2 gün ərzində davam etməsi və ehtiyac yaranarsa, daha bir elmi sessiyanın Bakıda təşkil olunması məqsədəuyğun sayılmışdır. Həmçinin konfransda iştirakı nəzərdə tutulan xarici qonaqlarla məsləhətləşmələrin gedişi müzakirə olunmuşdur.
Xatırladırıq ki, “Mədəniyyətin iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” beynəlxalq elmi-praktik konfrans Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində bu il sentyabrın 18-19-da keçiriləcəkdir. Konfransa “Qarabağda yeni iqtisadiyyat quruculuğu və mədəniyyət sahələrinin inkişafı” və “Şuşada kreativ iqtisadiyyatın formaslaşdırılması” bölmələri üzrə məruzə mətnlərinin qəbulu davam edir. Konfransda iştirak etmək istəyən mütəxəssislər məruzələrin təqdim olunma şərtlərini aşağıdakı link vasitəsi ilə əldə edə bilərlər.