YAP-ın İqtisadiyyat İnstitutu ərazi partiya təşkilatının iclası keçirilib
- Oxunub 455 dəfə
İyulun 1-də Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının AMEA İqtisadiyyat İnstitutu ərazi partiya təşkilatının yığıncağı keçirilib. Toplantıda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, AMEA İqtisadiyyat İnstitutunun baş direktoru, prof. Nazim Müzəffərli (İmanov), partiyanın üzvləri iştirak ediblər.
Toplantıda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək YAP-ın ölkəmizin siyasi həyatında aparıcı rolundan, rayon təşkilatının həyata keçirdiyi tədbirlərdən, qarşıda duran vəzifələrdən, görüləcək işlərdən danışıb.
İclasda bir sıra təşkilati məsələlər müzakirə olunub. İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, i.f.d., dosent Vüqar Bayramov YAP Yasamal rayon təşkilatı AMEA İqtisadiyyat İnstitutu ərazi partiya təşkilatının sədri, Elmi katib, i.f.d., dosent Leyli Allahverdiyeva sədrin müavini seçiliblər. Habelə İqtisadiyyat İnstitutunun əməkdaşları arasından ərazi partiya təşkilatına yeni üzvlər qəbul olunub (economics.com.az).