Ali Attestasiya Komissiyası İqtisadiyyat İnstitutunun 3 əməkdaşına “İqtisad elmləri üzrə fəlsəfə doktoru” diplomu verib
- Oxunub 417 dəfə
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə İqtisadiyyat İnstitutunun üç əməkdaşına – Təhsil şöbəsinin müdiri Mirvari Qəzənfərliyə, elmi işçilər Ellada Xankişiyevaya və Əsmər Mənəfovaya “İqtisad elmləri üzrə fəlsəfə doktoru” elmi dərəcəsi verilib.
İyulun 8-də Ali Attestasiya Komissiyası tərəfindən həmin əməkdaşlarımıza müvafiq diplomlar təqdim olunmuşdur.
Bu münasibətlə AMEA İqtisadiyyat İnstitutunun kollektivi adından əməkdaşlarımızı ürəkdən təbrik edir, gələcək elmi fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq!