Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Professor Akif Musayev Yasamal qəbiristanlığında dəfn edilib

  • Oxunub 441 dəfə

 Görkəmli iqtisadçı alim, iqtisad elmləri doktoru, professor, AMEA-nın İqtisadiyyat İnstitutunun Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvü Akif Musayev iyulun 12-də Yasamal qəbiristanlığında dəfn edilib.

 Vida mərasimində AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov, AMEA Rəyasət Heyətinin üzvləri, AMEA İqtisadiyyat İnstitutunun baş direktoru, prof. Nazim Müzəffərli, İqtisadiyyat İnstitutunun əməkdaşları, elmi ictimaiyyətin nümayəndələri, eləcə də mərhum alimin ailə üzvləri iştirak ediblər.

Alimin məzarı önünə əklillər düzülüb, çıxışçılar Akif Musayevlə bağlı xatirələrini bölüşüb, ruhuna dualar oxuyublar.

AMEA İqtisadiyyat İnstitutunun kollektivi mərhumun yaxınlarına və qohumlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Allah rəhmət eləsin!