“AMEA-nın xəbərləri. İqtisadiyyat seriyası” jurnalının yeni 2021-6 nömrəsi nəşr olunub
- Oxunub 265 dəfə
AMEA-nın İqtisadiyyat İnstitutunun “AMEA-nın xəbərləri. İqtisadiyyat seriyası” elmi jurnalının 2021-ci il üzrə sonuncu - altıncı nömrəsi oxuculara təqdim olunub. Jurnaldakı bütün elmi məqalələrin elektron variantı İqtisadiyyat İnstitutunun internet saytında – economics.com.az - da yerləşdirilib. Məqalələri saytdan yükləməklə oxumaq mümkündür.
Jurnalda aktual iqtisadi mövzularda elmi məqalələr dərc olunub.
Xatırladaq ki, AMEA Rəyasət Heyətinin qərarı ilə 1966-cı ildən nəşr olunan jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin” siyahısına daxildir (economics.com.az).
“AMEA-nın Xəbərləri İqtisadiyyat seriyası” jurnalının 2021-6 sayı