İqtisadiyyat İnstitutunun Elmi Şurasının iclası keçirilib
- Oxunub 309 dəfə
Sentyabrın 8-də İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir. İnstitutun baş direktoru, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan toplantıda bir sıra məsələlər müzakirə olunmuşdur.
Prof. Nazim Müzəffərli bu il sentyabrın 18-19-da Şuşada və sonra Bakıda keçiriləcək “Mədəniyyətin iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfransa hazırlıq və təşkilati işlərlə bağlı məlumat verib.
Baş direktor bildirib ki, Mirvari Qəzənfərli başqa işə keçməsi ilə əlaqədar öz ərizəsi ilə Təhsil şöbəsinin müdiri vəzifəsindən azad olunub. İnstitutun əməkdaşı və yetirməsi, iqtisad üzrə fəlsəfə doktoru Ellada Xankişiyeva Təhsil şöbəsinin yeni müdiri təyin edilib. Bununla əlaqədar olaraq Elmi Şuranın tərkibində də dəyişiklik olunub, E.Xankişiyeva tutduğu vəzifəyə uyğun olaraq Elmi Şuranın üzvü seçilib.
Elmi Şuranın qərarı ilə Tanrıverdi Paşanın “Mədəni irsin sosial-iqtisadi təsirləri” adlı monoqrafiya çapa tövsiyyə olunub (economics.com.az).