Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun doktoranturasına ixtisas fənləri üzrə qəbul imtahanı keçirilib

  • Oxunub 337 dəfə

 Sentyabrın 16-da İqtisadiyyat İnstitutunda müvafiq ixtisas – iqtisadiyyat fənləri üzrə fəlsəfə doktoru hazırlığı proqramı üzrə doktoranturaya test üsulu ilə qəbul imtahanı keçirilmişdir.

 İnstitutun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) əmri ilə yaradılmış imtahan komissiyasına İnstitutun icraçı direktoru, prof. Müşfiq Atakişiyev (sədr), i.f.d., dosent Allahyar Muradov (sədr müavini), i.e.d., professorlar -  Tərbiz Əliyev, Gülşən Yüzbaşıyeva, Rəna Sultanova, Fuad Qənbərov və Rəsmiyyə Abdullayeva daxil ediliblər.

 İqtisadiyyat İnstitutunun Təhsil şöbəsinin müdiri, i.f.d. Ellada Xankişiyeva bildirib ki, şəffaflıq və müasir kompüter proqramlarının tədbiqi şəraitində baş tutan  imtahanda doktoranturaya qəbul üzrə ingilis dili və fəlsəfə imtahanlarından uğurla keçmiş 10 nəfər iştirak edib. İmtahandan sonra nəticələr açıqlanıb, bütün iştirakçılar imtahanı müvəffəqiyyətlə verərək müsabiqəyə buraxılıblar.

Fəlsəfə doktoru hazırlığı üzrə AMEA İqtisadiyyat İnstitutunun doktoranturasına qəbul üzrə 7 plan yeri ayrılıb. İmtahan komissiyası tərəfindən bütün imtahanların nəticələri nəzərə alınmaqla doktoranturaya qəbul olanların adları yaxın günlərdə açıqlanacaq (economics.com.az).