Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Özbəkistanın İnnovativ İnkişaf Nazirliyinin əməkdaşı İqtisadiyyat İnstitutunun baş direktoru ilə görüşüb

  • Oxunub 288 dəfə

 Sentyabrın 16-da İqtisadiyyat İnstitutunun baş direktoru, i.e.d., professor Nazim Müzəffərli (İmanov) Özbəkistan Respublikası İnnovativ İnkişaf Nazirliyinin Elmi-texniki İnformasiya Mərkəzinin rəhbəri Əbdüləziz Əbdüvəliyevi  qəbul edib. 

 Prof. N.Müzəffərli qonağa İqtisadiyyat İnstitutunun əsas fəaliyyət istiqamətləri, fundamental araşdırmaları və elmi tədqiqatları, sentyabrın 18-19-da  Şuşada keçiriləcək “MƏDƏNİYYƏTİN İQTİSADİYYATI: ŞUŞADAN İNKİŞAF İMPULSLARI” mövzusunda beynəlxalq elmi-praktik konfrans barədə geniş məlumat verib.  

Görüşdə hər iki ölkədə həyata keçirilən iqtisadi islahatlar, sosial-iqtisadi inkişaf meyilləri ətrafında fikir mübadiləsi aparılıb. Habelə qarşılıqlı faydalı əməkdaşlıq və təcrübə mübadiləsi məsələləri müzakirə olunub (economics.com.az).