İqtisadiyyat İnstitutunun bir qrup əməkdaşı Şuşaya yola düşüb
- Oxunub 335 dəfə
Sentyabrın 18-də Elm və Təhsil Nazirliyi yanında İqtisadiyyat İnstitutunun baş direktoru, prof. Nazim Müzəffərlinin rəhbərliyi ilə bir qrup əməkdaşı Şuşa şəhərinə yola düşüblər.
İnstitutun alimləri Azərbaycan Respublikası Prezidentinin Şuşa şəhəri üzrə Xüsusi Nümayəndəliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyyət Nazirliyi, ADA Universiteti, Qarabağ Dirçəliş Fondu və İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərində keçiriləcək “MƏDƏNİYYƏTİN İQTİSADİYYATI: ŞUŞADAN İNKİŞAF İMPULSLARI” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak edəcəklər.
Sentyabrın 19-da açılışı olacaq konfransda xarici ölkələrdən qatılmış ekspertlərin də iştirakı ilə məruzələr dinləniləcək, Qarabağda yeni iqtisadiyyat quruculuğu və mədəniyyət sahələrinin inkişafı, Şuşada kreativ iqtisadiyyatın formalaşdırılması mövzularında geniş müzakirələr aparılacaq.
Beynəlxalq konfrans öz işini sentyabrın 20-də Bakıda davam etdirəcək (economics.com.az).