“Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının aktual problemləri” mövzusunda elmi konfransı keçiriləcək
- Oxunub 685 dəfə
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti və İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə 20‒21 oktyabr 2022-ci il tarixlərində “Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının aktual problemləri” mövzusunda respublika elmi konfransı keçiriləcək.
Konfransın bölmələri:
1. Azərbaycanda iqtisadi artım və makroiqtisadi sabitliyin təmin olunmasının aktual məsələləri
2. İşğaldan azad edilmiş ərazilər nəzərə alınmaqla, Azərbaycanda sosial-iqtisadi inkişafın aktual problemləri
3. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaradılan nəqliyyat-logistika infrastrukturunun sosial-iqtisadi inkişafa təsiri
4. Kreativ iqtisadiyyatın inkişaf perspektivləri
5. İqtisadi inkişafın müasir mərhələsində biznes və təhsil
6. Sosial siyasət müasir Azərbaycan cəmiyyətinin davamlı inkişafını təmin edən alət kimi
7. İqtisadiyyatın, menecmentin və maliyyənin aktual məsələləri
8. Müasir dövrdə inklüziv iqtisadiyyatın inkişaf etdirilməsi məsələləri
Konfransın işçi dilləri: azərbaycan, rus, ingilis.
Konfransın formatı: əyani və ya onlayn (əlavə olaraq məlumat veriləcəkdir).
Konfrans materiallarının tərtibinə qoyulan tələblər:
Kağızın ölçüsü |
– A4 |
Boş sahə |
– hər tərəfdən 2 sm |
Şrift |
– Times New Roman |
Düstur |
– Microsoft Equation |
Şrift ölçüsü |
– 12 pt |
Sətirarası interval |
– 1,15 sm |
Abzas |
– 1,25 sm |
Məqalənin adı |
– ortadan, böyük hərflərlə, qalın şriftlə |
Müəllifin adı, soyadı, atasının adı |
– ortadan, qalın şriftlə |
İş yeri, şəhər, ölkə |
– ortadan, kursivlə |
E-poçt ünvanı |
– ortadan, kursivlə |
Açar sözlər (5–7 söz) |
– Azərbaycan, ingilis və rus dillərində |
Xülasə (60–80 söz) |
– məqalənin yazıldığı dildən başqa iki dildə |
Həcmi |
– 5 səhifəyə qədər |
Ədəbiyyata istinadlar Ədəbiyyat siyahısı |
– kvadrat mötərizədə – əlifba sırası ilə |
Konfransın materialları Plagiat.pl şirkətinə məxsus StrikePlagiarism.com antiplagiat sistemində yoxlanıldıqdan sonra “SDU.Konfrans materialları” toplusunda dərc olunaraq, https://www.ssu-conferenceproceedings.edu.az, https://www.sdu.edu.az saytlarında və eLibrary.ru məlumat bazasında yerləşdiriləcəkdir (beynəlxalq seriya nömrələri: İSSN 2708-955X print,İSSN 2709-6033 on-line).
Materiallar 15 oktyabr 2022‑ci il tarixinədək Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçtuna və ya əyani olaraq elektron daşıyıcılarda və çap olunmuş formada aşağıdakı ünvanda qəbul olunur: AZ5008, Sumqayıt şəhəri, 43-cü məhəllə, Bakı küçəsi 1, Sumqayıt Dövlət Universiteti (I tədris korpusu), İqtisadiyyat və idarəetmə fakültəsi, Biznesin təşkili və menecment kafedrası (otaq 403 ).
Bir müəllifdən yalnız bir məruzənin tezisi qəbul olunur.
Təşkilat komitəsi tezislərin konfransın proqramına daxil edilməsi hüququnu özündə saxlayır. Qəbul olunmayan tezislər geri qaytarılmır.
Əlaqələndirici şəxs: dos. Qalib Hüseynov
Əlaqə nömrələri: (+99418) 64215 06 (1-09), (+99450) 752 22 91
Təşkilat komitəsi