Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Naxçıvan Muxtar Respublikasının gələcək iqtisadi inkişaf prioritetləri” mövzusunda elmi konfrans keçiriləcək

  • Oxunub 471 dəfə

 Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İqtisadiyyat İnstitutunun və “Naxçıvan” Universitetinin birgə təşkilatçılığı ilə 14 oktyabr 2022-ci il tarixində “Naxçıvan Muxtar Respublikasının gələcək iqtisadi inkişaf prioritetləri” mövzusunda respublika elmi konfransı keçiriləcək. 

 “Naxçıvan” Universitetində keçirilməsi nəzərdə tutulan konfransın məqsədi Muxtar Respublikada gələcəkdə də sosial-iqtisadi inkişafın dayanıqlığını qoruyub saxlamaq naminə iqtisadi araşdırmaların nəticələrini müzakirə etməkdir.

 Elmi əməkdaşlar konfransda iştiraka davət olunurlar. 

Məqalələrin qəbulu qaydaları:

  1. Yuxarı sol küncdə məqalənin mənsubiyyəti göstərilməlidir.
  2. Məqalənin sərlövhəsi böyük hərflərlə, “Bold” şrift formatında yazılmalıdır.
  3. Sərlövhənin yuxarı sağ küncündə böyük və qara hərflərlə müəllifin adı və soyadı, ardıcıl olaraq aşağı sətirlərdə tutduğu vəzifə, elmi dərəcə və mənsub olduğu müəssisə göstərilməli, sonda e-poçt ünvanı qeyd olunmalıdır.
  4. Sərlövhənin alt, mətnin yuxarı hissəsində kursivlə Azərbaycan dilində, ədəbiyyat siyahısından sonra isə rus və ingilis dillərində 100-150 sözdən ibarət xülasə, beş sözdən ibarət açar sözlər yazılmalıdır.
  5. Məqalənin  mətni A4 formatda “Times New Roman” şriftlə, 12 ölçüdə, 1 intervalla, hər tərəfdən 2 sm aralıqla hazırlanıb Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. e-poçt ünvanına 10.10.2022 tarixinədək göndərilməlidir.
  6. Konfransa göndəriləcək məqalələrin ödənişsiz dərc olunması nəzərdə tutulmuşdur.
  7. Konfransın materialları toplu halında nəşr ediləcək.