AAK-da İqtisadiyyat İnstitutunun əməkdaşına “Fəlsəfə doktoru” diplomu təqdim olunub
- Oxunub 329 dəfə
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) qərarı ilə İqtisadiyyat İnstitutunun elmi işçisi İsgəndər Babazadəyə iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.
Sentyabrın 7-də Ali Attestasiya Komissiyasında keçirilən tədbirdə İ.Babazadəyə müvafiq diplom təqdim olunmuşdur.
Bu münasibətlə İqtisadiyyat İnstitutunun kollektivi adından onu ürəkdən təbrik edir, gələcək elmi fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq!