İqtisadiyyat üzrə Nobel mükafatının qalibləri məlum olub
- Oxunub 287 dəfə
Oktyabrın 10-da İsveçin paytaxtı Stokholmda, İsveç Kral Elmlər Akademiyasında 2022-ci il Nobel həftəsi çərçivəsində iqtisadi elmlər üzrə mükafatın laureatlarının adları açıqlanıb.
İqtisadiyyat üzrə Nobel mükafatını bu il amerikalı iqtisadçılar Ben Bernanke, Duqlas Diamond və Filip Dybviq qazanıblar.
Onlar bank sisteminin iqtisadiyyatda, xüsusilə maliyyə böhranları dövründə rolu sahəsində tədqiqatlara görə bu mükafata layiq görülüblər. İsveç Kral Elmlər Akademiyası öz elanında bildirib ki, B.Bernanke, D.Diamond və P.Dybviqin banklar, bank tənzimlənməsi, bank və maliyyə böhranlarının necə idarə edilməsinə dair səsləndirdikləri anlayışlar gələcək tədqiqat işlərində böyük əhəmiyyət kəsb edəcək.
Mükafat ənənəvi olaraq dekabrın 10-da, Alfred Nobelin anım günündə sahiblərinə təqdim olunacaq.