Elmi Şuranın iclasında doktorant və dissertantların dissertasiya mövzuları müzakirə olunub
- Oxunub 440 dəfə
Oktyabrın 11-də İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir. İnstitutun baş direktoru, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan toplantıda bir sıra məsələlər müzakirə olunmuşdur.
Prof. Nazim Müzəffərli İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə oktyabrın 14-də “Naxçıvan” Universitetində keçiriləcək “Naxçıvan Muxtar Respublikasının gələcək iqtisadi inkişaf prioritetləri”, habelə oktyabrın 20-21-də Sumqayıt Dövlət Universitetində nəzərdə tutulan “Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının aktual problemləri” mövzusunda respublika elmi konfranslarına hazırlıq və təşkilati işlərlə bağlı məlumat verib.
İnstitutun icraçı direktoru, professor Müşfiq Atakişiyev illik elmi-tədqiqat plan işlərinin yerinə yetirilməsi vəziyyəti barədə məlumat verib. Bildirib ki, şöbələr tərəfindən hesabatlar müvafiq qrafiq əsasında noyabrın 15-dək təqdim edilməlidir. İqtisadiyyat İnstitutu yekun hesabatı bu il də AMEA Rəyasət Heyətinin İctimai Elmlər bölməsinə təqdim edəcək.
Elmi Şuranın iclasında bu il İqtisadiyyat İnstitutunun doktorantura və dissertanturasına qəbul olmuş doktorant və dissertantların dissertasiya mövzuları onların özlərinin də iştirakı ilə geniş müzakirə olunaraq təsdiq edilib.
Elmi Şuranın qərarı ilə aparıcı elmi işçi, i.f.d. Sulduz Səlimovun “Azərbaycan Respublikasının ekoloji göstəricilərinin müqayisəli təhlili və qiymətləndirilməsi” adlı monoqrafiya çapa tövsiyyə olunub.
Elmi Şuranın üzvləri Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən “Dosent” diplomu təqdim olunmuş İnstitutun aparıcı elmi işçisi, i.f.d. Təbriz Yadigrovu və “Fəlsəfə doktoru” diplomu verilmiş elmi işçi, i.f.d. İsgəndər Babazadəni təbrik ediblər (economics.com.az).