Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun şöbə müdiri “Dünya Ahıskalı türk qadınlar simpoziumu”nda iştirak edib

  • Oxunub 282 dəfə

 Dünya Ahıskalı Türkləri Birliyi (DATÜB) 20-22 oktyabr 2022-ci il tarixlərində Türkiyənin Antalya şəhərində “Dünya Ahıskalı türk qadınlar simpoziumu” keçirmişdir.

 Simpoziumda dünyanın 9 ölkəsindən (Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və s.) elm adamları, ziyalılar, ictimai fəallar və s. iştirak etmişdir. Simpoziumun birinci günündə sosiologiya və filologiya bölmələrində elmi məruzələr dinlənilmiş və müzakirələr aparılmışdır.

 Tədbirdə iştirak edən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru Rəsmiyyə Abdullayeva simpoziumda “Saatlı rayonunda Ahıskalı qadınların məşğulluğunun təmin edilməsində peşə seçiminin rolu” mövzusunda çıxış etmişdir. Simpoziumun ikinci günündə Akdəniz Universitetində “Ahıska əyaləti, Hertvis sancağı, Tahrir dəftəri, 1860-ci il” və “Qarabağ Azərbaycandır” kitablarının təqdimatı olmuşdur (economics.com.az).