“Gəncə-Daşkəsən və Qazax-Tovuz iqtisadi rayonlarında məşğulluğun səmərəliliyinin artırılması istiqamətləri” mövzusunda dissertasiya işi müdafiə olunub
- Oxunub 456 dəfə
Oktyabrın 26-da İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasında fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi üzrə iclas keçirilib.
Professor Nazim Müzəffərlinin sədrlik etdiyi iclasda Həsənova Sevda Əli qızının 5308.01 – “Ümumi iqtisadiyyat” ixtisası üzrə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Gəncə-Daşkəsən və Qazax-Tovuz iqtisadi rayonlarında məşğulluğun səmərəliliyinin artırılması istiqamətləri” mövzusunda təqdim etdiyi dissertasiya işinin müzakirəsi aparılmışdır (elmi rəhbər i.e.d., prof. E.Məmmədov).
Dissertasiya işi Bakı Avrasiya Universitetinin “İqtisadiyyat və idarəemə” kafedrasında yerinə yetirilib.
İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Sevda Seyidova məlumat verdikdən sonra S.Həsənova dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Rəsmi opponentlərin rəyi dinlənilib. İddiaçı ona ünvanlanmış sualları cavablandırıb. Şuranın üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb.
Sonda S.Həsənovanın dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurası tərəfindən təsdiqlənib (economics.com.az).