Elmi seminarda maliyyə-kredit sektorunda rəqəmsal xidmətlərin inkişafı müzakirə olunub
- Oxunub 314 dəfə
Oktyabrın 31-də İqtisadiyyat İnstitutunda növbəti onlayn elmi seminar keçirilib. İnstitutunun baş direktoru, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə keçirilən tədbirə bir sıra ali təhsil müəssisələrinin əməkdaşları da qatılıblar.
Seminarda İqtisadiyyat İnstitutunun Monetar və fiskal tənzimləmə problemləri şöbəsinin müdiri, iqtisad elmləri doktoru Yaşar Məmmədov “Maliyyə-kredit sektorunda rəqəmsal (elektron) xidmətlərin inkişaf səviyyəsi və onun qiymətləndirilməsi” mövzusunda apardığı tədiqaqatın nəticələrinə həsr olunmuş təqdimatla çıxış edib.
Məruzəçi ölkəmizdə rəqəmsal maliyyə (elektron) xidmətlərin inkişaf zərurətlərini əsaslandırıb. Rəqəmsal maliyyə xidmətlərinin inkişaf xüsusiyyətləri təhlil edilməklə, bu sahədə aparılan tədqiqatın nəticələri təqdim edilmişdir. Həmçinin, təqdimatda Azərbaycanda rəqəmsal maliyyə xidmətlərinin müasir inkişaf səviyyəsi qiymətləndirilmiş, ödəniş kartlarının tətbiq istiqamətləri, istehlak bazarında rəqəmsal maliyyə xidmətlərinin təşkili problemləri dəyərləndirilmişdir. Ölkəmizdə rəqəmsal maliyyə xidmətlərin inkişafı ilə bağlı əsaslandırılmış təkliflər irəli sürülmüşdür.
Sonra seminarda mövzu üzrə geniş müzakirələr aparılıb, suallar cavablandırılıb (economics.com.az).