Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunda elmi şöbələrin hesabatları müzakirə olunur

  • Oxunub 284 dəfə

 Noyabrın 3-də İqtisadiyyat İnstitutunda elmi şöbələrin 2022-ci il ərzində yerinə yetirdikləri elmi-tədqiqat plan işlərinin yekunlarına dair hesabatların dinlənilməsi davam etdirilib.

  “İqtisadi siyasətin nəzəri əsasları” şöbəsinin, Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin və “Xarici iqtisadi fəaliyyətin tənzimlənməsi” şöbəsinin elmi əməkdaşlarının hesabatı dinlənilib. Apardıqları elmi tədqiqat işləri, çap olunmuş məqalələr, kitablar, elmi müzakirələrdə, konfranslarda iştirak və s. barədə əsas təqdimatla “İqtisadi siyasətin nəzəri əsasları” şöbəsinin müdiri, i.e.d., professor Gülşən Yüzbaşıyeva, “Xarici iqtisadi fəaliyyətin tənzimlənməsi” şöbəsinin müdiri, i.e.d., professor Fuad Qənbərov çıxış ediblər. Habelə elmi əməkdaşların yerinə yetirdikləri fərdi tədqiqat işləri də geniş müzakirə olunub,  suallar cavablandırılıb. Komissiya üzvləri öz təklif və tövsiyələrini səsləndiriblər.

 Qeyd edək ki, hesabatların dinlənilməsi üçün İnstitutun icraçı direktoru, prof. Müşfiq Atakişiyevin sədrliyi ilə şöbə müdirləri – prof. Tofiq Hüseynov və prof. Tərbiz Əliyev də daxil olmaqla komissiya yaradılıb. Müəyyən edilmiş müvafiq qrafik üzrə noyabrın 15-dək hər gün 2 şöbə hesabat verəcək (economics.com.az).