İqtisadiyyat İnstitutunun əməkdaşı konfrans çərçivəsində keçirilmiş müsabiqənin qalibi olub
- Oxunub 294 dəfə
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında 10 noyabr 2022-ci il tarixində Zəfər Gününə həsr olunmuş "İnsan kapitalı: problemlər, səmərəli istifadə və perspektivlər mövzusunda I beynəlxalq tələbə elmi-praktiki konfransı keçirilmişdir.
Konfransda iştirak edən Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun Xüsusi tədqiqat layihələri üzrə baş direktor müavini Allahyar Muradov “İnsan kapitalı: formalaşma, istifadə və yenilənmə (insan kapitalına investisiya)" mövzusunda çıxış etmişdir.
Tədbirdə ölkənin müxtəlif ali təhsil müəssisələrindən tələbələri iştirak etmiş, təqdim olunan məqalələr əsasında müsabiqə keçirilmişdir. Müsabiqənin 1-ci yerinin qalibi “Azərbaycanda insan kapitalının formalaşması: ölkələrarası müqayisəli təhlil” məqaləsi ilə Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun əməkdaşı Gülnaz Sarızadə olmuşdur. Qaliblər diplom və pul mükafatları ilə təltif ediliblər (economics.com.az).