İqtisadiyyat İnstitutunun baş direktoru Azərbaycan-Rusiya regionlararası forumunda iştirak edir
- Oxunub 293 dəfə
Bakıda, Heydər Əliyev Mərkəzində XI Azərbaycan-Rusiya regionlararası Forum keçirilir. Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun baş direktoru, professor Nazim Müzəffərli Forumun "Yeni dövrdə iqtisadi əməkdaşlığa dəstək alətləri" adlı birinci dəyirmi masada iştirak edir.
Qeyd edək ki, bu gün forum çərçivəsində "Yeni dövrdə iqtisadi əməkdaşlığa dəstək alətləri", "Azərbaycan və Rusiyada nəqliyyat dəhlizləri: Çağırışlar və inkişaf", "KOB sahəsində Rusiya-Azərbaycan əməkdaşlığı: Rəqəmsal dövr", "Aqrar sahədə dialoq: Aktual çağırışlar və müasir həllər" və "Rusiya-Azərbaycan müttəfiqliyinin humanitar dəyişikliyi" mövzusunda dəyirmi masalar keçirilir.
Tədbirin təşkilatçıları Azərbaycan İqtisadiyyat Nazirliyi və Rusiya İqtisadi İnkişaf Nazirliyidir.