Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun şöbə müdiri Kooperasiya Universitetində seminarda çıxış edib

  • Oxunub 277 dəfə

 25 noyabr 2022-ci il tarixində Azərbaycan Kooperasiya Universitetinin “Sosial iş və tərcümə” fakültəsi və “Sosial elmlər” kafedrasının birgə təşkilatçılığı ilə “Qloballaşma dövründə sağlam sosial mühitin qorunması və inkişafı” mövzusunda seminar keçirilmişdir. Seminarda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DOST Agentliyinin, Azərbaycan Kooperasiya Universitetinin müəllim və tələbə heyəti iştirak etmişdir.

Seminarda İqtisadiyyat İnstitutunun İnklüziv sosial inkişaf şöbəsinin müdiri, iqtisad elmləri doktoru Rəsmiyyə Abdullayeva “Azərbaycanda sosial müdafiənin gücləndirilməsində sosial sahibkarlığın rolu” mövzusunda məruzə ilə çıxış etmişdir.

Seminarda sosial müdafiə, milli-mənəvi dəyərlərin qorunması, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və s. mövzularda məruzələr dinlənilmiş və müzakirələr aparılmışdır.