Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Azərbaycanın sosial-iqtisadi inkişafında Sumqayıt şəhərinin strateji əhəmiyyəti” adlı kitabın təqdimatı keçirilib

  • Oxunub 342 dəfə

 Sumqayıt Dövlət Universitetinin professoru, iqtisad elmləri doktoru (i.e.d.) Şəfa Əliyevin “Azərbaycanın sosial-iqtisadi inkişafında Sumqayıt şəhərinin strateji əhəmiyyəti” adlı monoqrafiyasının təqdimatı keçirilib. Tədbirdə Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə, millət vəkili Müşfiq Məmmədli, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, həmçinin Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun əməkdaşları – i.e.d. Seyfəddin Səməndərov, dosentlər Emin Məmmədzadə, Kamran Abdullayev, Ramil Əliyev və Nəsimi Əhmədov iştirak ediblər.

 Tədbirdə çıxış edən İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent E.Məmmədzadə ilk növbədə İnstitut rəhbərliyinin adından kitabın müəllifini təbrik edib, bu elmi əsərin əhəmiyyətindən danışıb. Qeyd edilib ki, kitabda Azərbaycanın sosial-iqtisadi inkişafında Sumqayıt şəhərinin strateji əhəmiyyəti kompleks və sistemli şəkildə araşdırılıb. Bu məqsədlə, Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının tarixi-iqtisadi aspektləri, şəhərin sənaye potensialının və infrastrukturunun yaradılması proseslərinin inkişaf xüsusiyyətləri göstərilib. Sumqayıtın sənaye mərkəzi kimi inkişafının sürətlənməsi dövrü, müstəqil Azərbaycanın sosial-iqtisadi inkişafında Sumqayıtın rolu, həmçinin Sumqayıtın müasir şəhər və güclü sənaye mərkəzi kimi inkişafını şərtləndirən amillər təqdim olunan kitabda ətraflı təqdim edilib (economics.com.az).