İqtisadiyyat İnstitutunun alimi Türk Dünyası Sosial Elmlər üzrə Beynəlxalq Simpoziumda məruzə ilə çıxış edib
- Oxunub 382 dəfə
Dekabrın 2-4 tarixində Türkiyə Cümhuriyyətinin İzmir şəhərində Ege Universiteti (Aİ), Türk Dünyası Araşdırmaları İnstitutu (TDAE) və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Qaraqalpaq Universiteti (QDU), Azərbaycan Dövlət Gömrük Komitəsi Akademiyası, Beynəlxalq Baxış Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU), Azərbaycan Əmək və Sosial Əlaqələr Akademiyası, Prizren Universiteti (UPZ) ilə əməkdaşlıq çərçivəsində Türk Dünyası Sosial Elmlər üzrə Beynəlxalq Simpoziumu keçirilib.
Tədbirdə həm canlı, həm də onlayn rejimdə iştirak etmək imkanları yaradılıb. Simpoziuma türk dünyasından tarixçilər, iqtisadçılar, dilçilər, sosioloqlar qatılıblar.
Sompoziumda Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun Xüsusi tədqiqat layihələri üzrə baş direktor müavini, i.f.d., dosent Allahyar Muradov da iştirak edib. O, ”Sosial-sahibkarlıq, insan kapitalı və inklüziv iqtisadi artım: ölkələrarası müqayisəli təhlil” mövzusunda məruzə ilə çıxış edib, məruzə ətrafında maraqlı müzakirələr aparılıb (economics.com.az).