İqtisadiyyat İnstitutunun əməkdaşı AMEA İctimai Elmlər Bölməsinin “Fəxri fərmanı” ilə təltif olunub
- Oxunub 313 dəfə
İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi Tanrıverdi Paşa Azərbaycan Respublikası Prezidentinin elan etdiyi “Şuşa ili”ndə Qarabağ-Şuşa mövzusunda apardığı tədqiqatlarına görə AMEA İctimai Elmlər Bölməsinin “Fəxri fərmanı” ilə təltif olunub.
Qeyd edək ki, Tanrıverdi Paşa bu mükafata yeni nəşr olunmuş “Maddi mədəni irsin sosial-iqtisadi təsirləri” adlı monoqrafiyasına görə layiq görülüb. Kitabda mədəni irsin cəmiyyətin davamlı sosial-iqtisadi inkişafında rolu və potensial təsir sahələri açıqlanır, mədəni irsin qorunub saxlanılması, bərpası və ondan istifadəyə dövlət dəstəyinin və müdaxiləsinin zəruriliyi əsaslandırılır.Əsərdə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tarixi-mədəniyyət abidələri əhəmiyyətinə görə təhlil olunur, regionlarda mədəni irsin idarə edilməsinin təkmilləşdirilməsi, mədəni-tarixi mühitinin yaxşılaşdırılması yolları göstərilir. Həmçinin dünya təcrübəsinə əsaslanaraq, mədəni irs obyektlərinin qorunub saxlanılması və bərpasına maliyyə mənbələrinin cəlb olunması mexanizmləri təklif edilir.
AMEA İctimai Elmlər Bölməsi tərəfindən təltif olunması münasibətilə İqtisadiyyat İnstitutunun kollektivi adından Tanrıverdi Paşanı təbrik edir, elmi fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq! (economics.com.az)