AMEA-nın İctimai Elmlər Bölməsinin iclasında İqtisadiyyat İnstitutunun illik hesabatı təqdim olunub
- Oxunub 269 dəfə
Dekabrın 27-də AMEA-nın İctimai Elmlər Bölməsinin müəssisələrinin 2022-ci il üzrə illik hesabatlarına həsr olunmuş ümumi yığıncağı keçirilib. İclasda bölmənin üzvləri, bölmənin tərkibinə daxil olan elmi müəssisələrin baş və icraçı direktorları, elmi katiblər, mühüm nəticələrin icraçıları, universitetlərin müvafiq fakültə və kafedralarının nümayəndələri iştirak ediblər.
AMEA-nın vitse-prezidenti v.i.e., bölmənin ümumi yığıncağının sədri, akademik Gövhər Baxşəliyeva tədbiri giriş sözü ilə açaraq əvvəlcə iştirakçıları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib, 2023-cü ildə onlara cansağlığı və yaradıcılıq uğurları arzu edib. Ümumi yığıncağın sədri cari ildə bölmənin elmi tədqiqat müəssisələrinin fəaliyyətinin məhsuldar olduğunu, “Şuşa İli” çərçivəsində bir çox uğurların əldə edildiyini qeyd edib. Akademik Gövhər Baxşəliyeva bölməyə daxil olan elmi tədqiqat müəssisələrinin 2022-ci ildəki ümumi statistik məlumatlarını diqqətə çatdırıb. Qeyd edib ki, hesabat ilində 2044 əsər, o cümlədən 64 kitab (5-i xaricdə), 66 monoqrafiya (12-si xaricdə), 1456 məqalə (385-i xaricdə), 447 tezis (172-si xaricdə), 12 dərs vəsaiti, 83 məqalə (“Web of Science”, “Scopus” bazalarında) çap edilib. Bundan əlavə, bölmə əməkdaşlarının əsərlərinə 1316 istinadın qeydə alındığını vurğulayıb.
İclasda İqtisadiyyat İnstitutunun icraçı direktoru, iqtisad elmləri doktoru, professor Müşfiq Atakişiyev İnstitutun 2022-ci ildəki fəaliyyətinə dair illik yekun hesabatı təqdim edib. O, hesabat ilində müəssisənin əsas elmi fəaliyyətinin Azərbaycan Respublikası Prezidentininin Fərman və sərəncamlarına istiqamətləndiyini bidirib. Xüsusən də “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”inə əsasən bir çox işlərin həyata keçirildiyini diqqətə çatdırıb.
M.Atakişiyev hesabat ilində 4 mühüm elmi nəticənin əldə edildiyini bildirib. İqtisadiyyat İnstitutunun alimləri tərəfindən Azərbaycanın iqtisadi rayonları, respublika tabeli şəhərləri və inzibati rayonları üçün 3 reytinq hazırlanmışdır. Bu reytinqlər İnstitutun özünün təklif etdiyi kompozit indekslərdir. İnstitut 2022-ci ildə 2 konfrans, 1 kitab təqdimatı və müxtəlif mövzularda 14 elmi seminar keçirmişdir. Şuşada Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” adlı beynəlxalq mövzusunda elmi praktiki konfrans keçirilmişdir. İnstitutda «Şuşa ili» bağlı seminarlar keçirilmiş və əməkdaşlarımız tərəfindən bu istiqamətdə tədqiqatlar davam etdirilmiş, çoxsaylı məqalələr yazılmış, KİV-də çıxışlar etmişlər.
İcraçı direktor qeyd edib ki, 2022-ci ildə İqtisadiyyat İnstitutunun əməkdaşları tərəfindən 268 əsər, o cümlədən 14 monoqrafiya, 5 dəsrlik və elmi-kütləvi nəşr, 140 məqalə, 100-dən artıq tezis, beynəlxaq elmi bazalara (Web of Scinece, SCOPUS və s.) daxil olan jurnallarda 19 məqalə olmaqla bütövlükdə xaricdə 44 əsər çap olunmuşdur. İl ərzində İnstitutun 50-yə yaxın əməkdaşı 15 elmi konfransda iştrak etmişdir. İnstitutun hazırda 2 elmi jurnalı - «İqtisadi artım və ictimai rifah» və “AMEA-nın Xəbərləri (İqtisadiyyat seriyası)” çap olunur. İqtisadiyyat İnstitutunun fəaliyyəti 2022-ci ildə də KİV-də geniş işıqlandırılıb. İnstitutun birbaşa fəaliyyəti ilə bağlı 250-yə yaxın xəbərhazırlanaraq economics.com.az İnternet saytında yerləşdirilib. 136 ölkədən izlənən saytra baxış sayı 840 mindir.
Sonda İctimai Elmlər Bölməsinin 7 elmi-tədqiqat müəssisəsinin, o cümlədən İqtisadiyyat İnstitutunun 2022-ci ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabatların qəbul olunaraq, AMEA-nın Rəyasət Heyətinə təqdim edilməsinin lehinə yekdilliklə səs verilib (economics.com.az).