İqtisadiyyat İnstitutunun I kurs magistrantları qış sessiyasında imtahan verirlər
- Oxunub 224 dəfə
Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun magistraturasında 2022-2023-cü tədris ili üzrə qış imtahan sessiyası keçirilir. Yanvarın 6-da İnstitutun I kurs 3 magistrantı “Mikro və makro iqtisadiyyat III səviyyə” fənnindən yazılı imtahan veriblər.
İqtisadiyyat İnstitutunun baş direktoru, prof. Nazim Müzəffərlinin imzaladığı müvafiq əmrə əsasən, I və II kurs magistrantlar seçmə fənlər üzrə müəyyən edilmiş qrafik əsasında yanvarın 31-dək imtahan verəcəklər.
Qeyd edək ki, İqtisadiyyat İnstitutunun magistraturasında I kursda 3, II kursda 3 nəfər təhsil alır (economics.com.az).