Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elm və Təhsil Nazirliyində ictimaiyyətlə əlaqələrə məsul əməkdaşlarla görüş keçirilib

  • Oxunub 326 dəfə

 Yanvarın 25-də Elm və Təhsil Nazirliyində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nazirliyin tabeliyinə verilən institutların ictimaiyyətlə əlaqələrə məsul əməkdaşları ilə görüş keçirilib. Görüşün məqsədi ictimaiyyətlə əlaqələrin daha yaxşı qurulması və effektiv kommunikasiya fəaliyyətinin müzakirəsi olub.

  Elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov çıxış edərək elmin populyarlaşmasında ictimaiyyətlə əlaqələrin rolu, nəzəri araşdırmaların praktik təqdimatı, bir sıra maraq doğuran layihələr vasitəsilə gənclərin elm sahəsinə cəlbinin zəruriliyini diqqətə çatdırıb.

 Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov birgə əməkdaşlığın təşkili, kommunikasiyanın müxtəlif alətlər vasitəsilə qurulması, elmlə bağlı vizual keyfiyyətin artırılması, bu sahədə görülən işlərin daha geniş şəkildə işıqlandırılması, institutlarla ali təhsil müəssisələri arasında qarşılıqlı əlaqələrin qurulması məsələlərinə toxunub.

 Görüşdə institutların müvafiq əməkdaşları çıxış edərək fəaliyyət istiqamətləri, internet resursları və gördükləri işlər barədə məlumat veriblər.

  Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Mahir Zeynalov rəhbərlik etdiyi şöbənin fəaliyyəti, İnstitutun internet saytı - economics.com.az, məlumatların sosial şəbəkələrdə və mətbuatda yayılması, KİV-lə əməkdaşlıq barədə danışıb.  

 Sonda iştirakçılarla müzakirələr aparılıb. Müzakirələrdə görülən işlərin cəmiyyətə düzgün çatdırılması, vahid şəbəkələşmə mühitinin yaradılması, bacarıqların təkmilləşdirilməsi yönündə təlim, seminarların vacibliyi, eləcə də digər məsələlərə toxunulub.