İqtisadiyyat İnstitutunun baş direktoru Türkiyə səfirinə başsağlığı verib
- Oxunub 363 dəfə
Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun baş direktoru, professor Nazim Müzəffərli (İmanov) Türkiyədə dağıntılara və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ ilə bağlı qardaş ölkənin Azərbaycandakı səfiri Cahit Bağçıya başsağlığı məktubu göndərib. Məktubda deyilir:
“Hörmətli cənab Səfir!
Fevral ayının 6-sında qardaş Türkiyədə baş verən güclü zəlzələ xəbərini eşitdikdə sarsıldıq. Zəlzələ nəticəsində bir sıra bölgələrdə dağıntıların, insan tələfatının və yaralıların olduğundan çox məyus olduq. Kədəriniz kədərimizdir!
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun kollektivi adından qardaş Türkiyə xalqına, faciə zamanı həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm! Dağıntılar nəticəsində həyatını itirən qardaş və bacılarımıza Tanrıdan rəhmət, yaralanan və xəsarət alanlara şəfa, Millətimizə səbir diləyirəm!”