İqtisadiyyat İnstitutunun Həmkarlar Təşkilatının sədri “Tərəqqi” medalı ilə təltif olunub
- Oxunub 385 dəfə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 30 illiyi münasibətilə, həmkarlar hərəkatının inkişafında xidmətlərinə görə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən bir qrup Həmkarlar Təşkilatı fəalı 3-cü dərəcəli “Əmək” ordeni və “Tərəqqi” medalı ilə təltif ediliblər. Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Həmkarlar Təşkilatının sədri Tanrıverdi Paşa “Tərəqqi” medalı ilə təltif olunub.
Bu münasibətlə Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun kollektivi adından Tanrıverdi Paşanı təbrik edir, həmkarlar hərəkatının inkişafı sahəsində fəaliyyətində uğurlar arzulayırıq.
İqtisadiyyat İnstitutunun Həmkarlar Təşkilatının sədri Tanrıverdi Paşa “Tərəqqi” medalı ilə təltif olunması ilə əlaqədar Ölkə Prezidenti İlham Əliyevə təşəkkür edib: “Bu yüksək mükafatı həm də İqtisadiyyat İnstitutunun ölkəmizin elmi, ictimai-siyasi həyatında xüsusi fərqlənməsinə verilən yüksək qiymət kimi qəbul edirəm. Həmçinin məni təbrik edən bütün dostlarıma, həmkarlarıma və İnstitut əməkdaşlarına, İnstitut Həmkarlar Təşkilatının fəaliyyətini, əməkdaşlarımızın sosial-iqtisadi, istirahət ehtiyaclarını və qayğılarını dəstəkləyən – Azərbaycan Respublikası Həmkarlar Konfederasiyasının sədri Səttar Mehbalıyevə və AMEA AHİ-nin sədri Habil Qurbanova minnətdarlığımı bildirirəm".