Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

8 Mart - Beynəlxalq Qadınlar Günü bayramınız mübarək!

  • Oxunub 248 dəfə

Əziz xanımlar!

Ölkəmiz bayram günləri ilə zəngin olsa da onların arasında 8 Mart Beynəlxalq Qadınlar Günü xüsusi özəlliyi və gözəlliyi ilə seçilir. Çünki çox sevdiyimiz, sayğı duyduğumuz, həyatımızı gözəlləşdirən xanımların bayram günüdür. Bu bayramı onlarla yanaşı biz kişilər də qeyd edirik, bayram günlərinin bir parçasına çevrilirik. Çünki Allahın insanlara bəxş etdiyi bu həyat onlarsız və bizsiz olmaz.  

Fədakarlıq, Sevgi, Səbr ve Gözəllik nədir deyə soruşarlarsa, Anamızdır deyərik! Qadınlar gününüz mübarək Analar!

Hər biriniz mehriban və qayğıkeş ana, sevimli həyat yoldaşı, valideyinlərinizə qürur mənbəyi olasınız!

Sizi, bütün Azərbaycan qadınlarını 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edirik, hər birinizə cansağlığı, ailə səadəti və işlərinizdə müvəffəqiyyətlər arzulayırıq.

Əziz və hörmətli qadın əməkdaşlarımız! Qəlbinizdən məhəbbət, üzünüzdən təbəssüm, gözlərinizdən sevinc əskik olmasın!

Bayramınız mübarək!

İqtisadiyyat İnstitutunun kişi kollektivi