İqtisadiyyat İnstitutu 2023-cü il üçün doktorantura və dissertanturaya sənəd qəbulu elan edir
- Oxunub 260 dəfə
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutu Nazirlər Kabinetinin 10 mart 2023-cü il tarixli 261s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatlarının 2023-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planı”na əsasən fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir.
Doktoranturaya sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcəkdir. Sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin https://portal.edu.az saytına daxil olmalı, orada “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçərək, təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər.
Portal.edu.az vasitəsilə müraciətlərin göndərilməsi cari il 12 aprel tarixindən başlayacaqdır. Sənəd qəbulu üçün son tarix: 16 may 2023-ci il.
Xarici dil imtahanını müvəffəqiyyətlə vermiş şəxslərin “Fəlsəfə” fənni üzrə imtahanı 4, 5, 6 sentyabr 2023-ci il tarixlərində, ixtisas imtahanı isə 11, 12, 13 sentyabr 2023-cü il tarixlərində keçiriləcəkdir.
Əlavə məlumat üçün İqtisadiyyat İnstitutunun Təhsil şöbəsinə müraciət etmək olar.
Əlaqə nömrəsi: (+994 12) 5103792, 5372278 (daxili 142)
E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
2023-cü il üçün doktorantura və dissertanturaya qəbul üzrə plan yerləri (yüklə)