Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Futbol komandamız bürünc medallar qazandı

  • Oxunub 536 dəfə

Mayın 8-də AMEA-da Azad Həmkarlar İttifaqının və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş futbol yarışlarının final oyunları keçirilib.

 Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun futbol komandası 3-cü yer uğrunda oyunda Elm və Təhsil Nazirliyinin Neft Kimya Prosesləri İnstitutunun komandasına 7:3 hesabı ilə qalib gələrək bürünc medallar qazanıblar.

 Qalib komandalara, o cümlədən İqtisadiyyat İnstitutunun futbol komandasına medalları AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli təqdim edib. 

 Spartakiadanın oyunları çərçivəsində keçirilmiş şahmat turnirində Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi Tanrıverdi Paşa I yeri tutub. Mükafatlandırma mərasimində T.Paşaya da diplom təqdim olunub. 

İqtisadiyyat İnstitutunun kollektivi adından futbol komandamızı və Tanrıverdi Paşanı təbrik edirik.