Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun əməkdaşı Avstriyada beynəlxalq seminarda iştirak edib

  • Oxunub 269 dəfə

 Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Nəsimi Əhmədov 24 aprel - 5 may 2023-cü il tarixində Avstriyanın Vyana şəhərində Vyana Birləşmiş İnstitutunun təşkilatçılığı ilə Beynəlxalq Valyuta Fondunun Professional və Təşkilati İnkişaf İnstitutunun təqdim etdiyi “Fiskal siyasət” mövzu­sun­da beynəlxalq seminarda iştirak etmişdir.

 İki həftəlik kursda fiskal siyasətini təhlil etmək, izləmək və təkmilləşdirmək üçün alətlər və metodologiyalar geniş müzakirə olunmuşdur. İştirakçılara həm hökumətin, həm də fiskal siyasətin rolları və məqsədləri izah edilmiş, yüksək keyfiyyətli məlumatın əldə edilməsi, hökumətlərin orta və uzunmüddətli maliyyə məqsədləri üzrə hesabatlılığı üçün şəffaflığın və məsuliyyətliliyin artırılması haqqında əhəmiyyətli məlumatlar verilmişdir. Maraqlı və faydalı müzakirələr şəraitində keçən seminar iştirakçıların tematik təqdimatları ilə yekunlaşmış, iştirakçılara sertifikatlar verilmişdir.