Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Gənc alim və doktorantlarla görüş keçirilmişdir

  • Oxunub 413 dəfə

 Mayın 25-də Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda gənc alimlər, doktorant və dissertantlarla görüş keçirilib. İnstitutun baş direktoru, professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan toplantıda Elmi katib, i.f.d., dosent Leyli Allahverdiyeva, Təhsil şöbəsinin müdiri, i.f.d. Ellada Xankişiyeva, economics.com.az saytının baş redaktoru, dosent Mahir Zeynalov və gənc tədqiqatçılar iştirak ediblər.

 Görüşdə gənc alimlərin elmi fəaliyyəti, doktorant və dissertantların dissertasiya işlərinin yazılması vəziyyəti və apardıqları tədqiqatlar, onlara bu işdə kömək göstərilməsi, elmi məqalələrin hazırlanması və çapı ilə bağlı müzakirələr aparılıb. Gənc tədqiqatçılar elmi tədqiqatları barədə məlumat veriblər, onları narahat edən məsələləri qeyd ediblər. Bütün məsələlərə aydınlıq gətirən İnstitutun rəhbərliyi tərəfindən tədqiqatçılara elmi araşdırmalarının daha keyfiyyətlə yerinə yetirilməsi üçün imkan daxilində hər cür kömək göstəriləcyi bildirilib (economics.com.az).