İxtisas fənləri üzrə doktorluq imtahanları keçirilib
- Oxunub 262 dəfə
Mayın 30 və 31-də Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda doktorant və dissertantların ixtisas fənləri üzrə doktorluq imtahanları keçirilib. İnstitutun baş direktoru, professor Nazim Müzəffərlinin (İmanov) əmri ilə formalaşdırılmış imtahan komissiyası təşkil olunub.
İki gün ərzində 7 nəfər doktorant və dissertant “Sahə iqtisadiyyatı”, “Dünya iqtisadiyyatı”, “İqtisadi nəzəriyyə”, “Sənyaenin təşkili və dövlət siyasəti” və “Müəssisələrin təşklili və idarə olunması” ixtisasları üzrə imtahan veriblər.
İqtisadiyyat İnstitutunun Təhsil şöbəsinin müdiri Ellada Xankişiyevanın da iştirak etdiyi imtahanların nəticələri komissiyanın qiymətləndirməsi əsasında elan edilib (economics.com.az).