Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun alimləri Bişkekdə beynəlxalq konfransda iştirak edirlər

  • Oxunub 302 dəfə

 İyunun 1-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində “Cəmiyyət və Elm” İctimai Fondunun təşkilatçılığı ilə “İqtisadi və ekoloji çağırışlar şəraitində davamlı inkişaf” adlı beynəlxalq konfrans öz işinə başlayıb.

 Tədbirdə Azərbaycandan Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun baş direktoru, professor Nazim Müzəffərlinin (İmanov) rəhbərliyi ilə İnstitutun Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri, dosent Azər Səfərov və aparıcı elmi işçi, dosent Famil Rüstəmov iştirak edirlər.  

 Konfrans MDB Ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə təşkil olunub. Azərbaycan, Rusiya, Qazaxıstan, Qırğızıstan, Belarus, Moldova, Özbəkistandan olan alimlərin və tədqiqatçıların qatıldığı beynəlxalq konfrans öz işini iyunun 2-də də davam etdirəcək (economics.com.az).