İqtisadiyyat İnstitutunda magistr dissertasiya işləri uğurla müdafiə edildi
- Oxunub 435 dəfə
İyunun 21-də Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda magistr dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşmış Müdafiə Şurasının iclası keçirilib. Tədbirdə AMEA RH Elm və təhsil şöbəsinin aparıcı mütəxəssisi Ayşən Aslanova və İqtisadiyyat İnstitutunun Təhsil şöbəsinin müdiri, i.f.d. Ellada Xankişiyeva da iştirak ediblər.
Professor Müşfiq Atakişiyevin sədrliyi ilə keçirilən iclasda İnstitutun II kurs 3 magistirantı magistr dərəcəsi almaq üçün dissertasiya mövzularının təqdimatı ilə çıxış ediblər. Magistrlar -Cavanşir Burhanzadə “Fiskal siyasətin makroiqtisadi təsirlərinin qiymətləndirilməsi” (elmi rəhbər prof. F.Qənbərov), Həsən Orucov “Qlobal və milli iqtisadi böhranların qarşılıqlı idarə olunması problemləri” (elmi rəhbər dos. Asif Mustafayev) və Xəzər Abbaszadə “İqtisadiyyatın dövlət tənzimlənməsinin iqtisadi artımda rolu: nəzəri və emprik yanaşmaların müqayisəli təhlili” (elmi rəhbər i.e.d. Mayis Gülalıyev) mövzularında dissertasiya işlərini müdafiə ediblər, İxtisaslaşmış Müdafiə Şurasının üzvləri dissertasiya işlərinə yüksək qiymət veriblər.
Qeyd edək ki, İqtisadiyyat İnstitutunun baş direktoru, prof. Nazim Müzəffərlinin müvafiq əmrinə əsasən magistirlik dissertasiyasının müdafiəsi məqsədilə İxtisaslaşdırılmış Müdafiə Şurası təşkil edilib (economics.com.az).